Quzu balamın, quzu qanını tələb elərəm, əcəb elərəm,Dedi ki, verib özü canını əcəb elərəm, əcəb elərəm.

Göyə bürünüb yerə düşərəm, yerə sərinib göyə çıxaram,Səni tutaram, onu yıxaram qəzəb elərəm, əcəb elərəm.

Gözünə salar odunu o-bu, gözünün alar odunu o-bu,Qəzələ salıb adını Əbu-Ləhəb elərəm,əcəb elərəm.

Qutu-qutuda, suda-quruda, yarım adada, özü havada,Qutum açılar, quşum oxuyar səbəb elərəm, əcəb elərəm.

Dedi mələyəm, sizə köməyəm, dedi mələyəm sizə gərəyəm,tanı gücümü bütün Əcəmi ərəb elərəm, əcəb elərəm.

Şəhəri qəza, İmamı Riza, Zamanı İsa, məkanı fəza,Gələr o zaman özümə taza ləqəb elərəm, əcəb elərəm.

16 mart 1998. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri