Bizdə hər bir işin "ispisok"u əvvəldən olur,Sonra bu əvvəli bayraq kimi yüksəldən olur.

Kimə ki, xalq inanır üstünə bir xətt çəkilir,Kimə ki, şübhə edir bax, o - "o cədvəldən" olur.

Başuva işdi qəfildən düşə daş qəm eləmə,Başına daş düşənin başdaşı heykəldən olur.

Tutulandan sonra "şeş" xanəsi ta "dü"yə kimi,Kasıbın "dü-yek"i "dü"süz "yek"i də əldən olur.

Əl açıb pay umanın mülkünü gördükdə ABŞ,Baxır ikrahla üzü mat-məətəldən olur.

Bu elin cədvəli "vur, çıx, ya da böl" nən tutulur,Özünün cədvəli əmma ki, "üstəgəl"dən olur

Pünhanın sözləri həm yandırır, həm şölə saçır,Sözü şölə saçanın qəlbi də məşəldən olur

3 sentyabr, 2000

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən