Ürəkdən eyləmişəm mən bu əhdi tarım ilə
Ürəkdən eyləmişəm mən bu əhdi tarım ilə,Günüm keçəydi həmişə o nazlı yarım ilə.
Vəfalı bülbülüyəm bir gülüzlü cananın,İnanmışam ona öz doğru etibarım ilə.
Şərəflə ömr keçirmək böyük səadətdir,Fədasıyam bu yolun mən öz ixtiyarım ilə.
Həmişə xoş keçəcəkdir həyatımız, günümüz,Bir olsa hər sözümüz nazənin nigarım ilə.
Vətən oğulları nəslilə iftixar eylər,Olur ki, fəxr edərəm mən də yadigarım ilə.
Behişti görməmişəm, arizu da eyləmirəm,Vətəndə keçsə günüm yari-gülüzarım ilə.
Məhəbbət əhlinə, Vahid, çalış, yaxın gəlməKi, qorxuram, yana qəlbin bu ahü zarım ilə.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-urekden-eylemisem-men-bu-ehdi-tarim-ile
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Zülfi-ənbərşikəni, ol büti-şəkkərsüxəninYarın vəfası olmasa, biganə neyləsin?
Ey könül, ahəstə get gülzarə, heç kim bilməsinEy könül, ahəstə get gülzarə, heç kim bilməsin,Gizli çıxmış seyrə ol məhparə, heç kim bilməsin.
Qoy mənə kuyində yer biganə ancaq verməsinQoy mənə kuyində yer biganə ancaq verməsin,Can sağ olsun, sevgilim, sən yaxşı ol, sağ verməsin.
Ey könül, gəl razı olma, yarı əğyar istəsinEy könül, gəl razı olma, yarı əğyar istəsin,Bülbülü xar eyləmə, qoyma gülü xar istəsin.
Başqa şairlərin şeirləri · Eşq
Məh yüzünə salmış bu mələkmənzərMüənbər zülflərin zərəfşan oldu,
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,