Ey könül, ahəstə get gülzarə, heç kim bilməsin
Ey könül, ahəstə get gülzarə, heç kim bilməsin,Gizli çıxmış seyrə ol məhparə, heç kim bilməsin.
Yar üçün göz yaşı töksəm, qorxuram bilsin rəqib,Mümkün olmaz, axsa bir fəvvarə, heç kim bilməsin.
Yarı əğyar ilə görmüşlər, eşitdim, kim görüb,Həmdəm olsun gül çəməndə xarə, heç kim bilməsin.
Ol qara zülfü sevərkən gör necə divanəyəm,Getdim açdım sirrimi əğyarə, heç kim bilməsin.
Mən necə gizlin tutum eldən bəlasın könlümün?Yansa pərvanə nə mümkün narə, heç kim bilməsin.
Acizanə istədim, gül ləblərindən kam alam,Gəldi yüz min naz ilə göftarə, heç kim bilməsin.
Mən gərək, Vahid, deyəydim yarə gizlin dərdimi,Bəlkə, yar etsin mənə bir çarə, heç kim bilməsin.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-ey-konul-aheste-get-gulzare-hec-kim-bilmesin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ay Kirpi, mənim dərdimi yaz fürsət olanda,Poçtalyonu da al nəzərə növbət olanda.
Ehsan aşiqiİndi ölənin, Kirpi dayı, hörməti yoxdur,Ehsansız olan məclisin heç ləzzəti yoxdur.
Təmir edən olsaZəhləm gedir, ay Kirpi, qaranlıq gecələrdən,Gəl bir gecə keç sən də bu bərbad küçələrdən.
Təzə çıxan mollalaraBəsdir bu fırıldaqların, ay bədyəxan oğlan,Son ver bu həyasızlığa, bir yol utan, oğlan!
Başqa şairlərin şeirləri · Eşq
Ey ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Afitabi-zərfəşan, ya badeyi-yaqutdurAfitabi-zərfəşan, ya badeyi-yaqutdur,Ruhi-ruhullahi-əzəm, ruh üçün ya qutdur.
QayıtmaSəni xatırlaram ömrün başında,Barmağın son dəfə dəyəndə simə.