Təzə çıxan mollalara
Bəsdir bu fırıldaqların, ay bədyəxan oğlan,Son ver bu həyasızlığa, bir yol utan, oğlan!
Aç bir gözünü, əsri düşün, gör nə zamandır,Keçmişki deyil, indikilər dövrü qanandır.Sən də başını elmlə, sənətlə dolandır,Ey məsləki pul düşkünü, abrın satan oğlan,Bəsdir bu fırıldaqların, ay bədyəxan oğlan!
Keçmişləri mövhum ilə kimlər bürümüşlər?Din noxtasına bağlayıb hər yan sürümüşlər.Onlardan əsər qalmayıb, indi çürümüşlər.Elm ilə ayılmış o min ildən yatan, oğlan,Bəsdir bu fırıldaqların, ay bədyəxan oğlan!
Peykim dolaşır göyləri bir nurlu qəmər tək,Tutmuş Günəşin dairəsin canlı kəmər tək,Zülmət gecənin sirri işıqlandı səhər tək.Ecazına peykin baş əyir kəhkəşan, oğlan,Bəsdir bu fırıldaqların, ay bədyəxan oğlan!
Dərvişliyə var puldan ötrür meylin əgərçi,Yalvarma, inanmaz sənə bir fəhlə, əkinçi,Boş gəzmə, bir iş tap özünə, olma dilənçi,Ver arxanı bir zəhmətə, rahət dolan, oğlan,Bəsdir bu fırıldaqların, ay bədyəxan oğlan!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-teze-cixan-mollalara
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
O gül mənə bu gecə həmzəban olan gecədir,Deyib, gülüb, danışıb, mehriban olan gecədir.
Eşqin tamam nəşəsi divanəlikdədirEşqin tamam nəşəsi divanəlikdədir,Meyxanənin məlahəti məstanəlikdədir.
Hər aşiqin məhəbbəti bir məhliqayədirHər aşiqin məhəbbəti bir məhliqayədir,Eşq aləmində mehrü vəfa payə-payədir.
Ey könül, sən sevdiyin ol nazlı afət özgədirEy könül, sən sevdiyin ol nazlı afət özgədir,Bülbüli-şeydayə gülzari-lətafət özgədir!
Başqa şairlərin şeirləri · Satira
Qaçın, qaçın, yol verin, atlandı Nasirəlmülk!Avropadan Tehrana, yollandı Nasirəlmülk!
İştə bir hey’əti-təhririyyəİştə bir hey’əti-təhririyyəBulunur ən uca bir məşğələdə…
"Kəlniyyət" məcmuəsinin ruhunaÖtdünsə sənin ruhuna mən fatihəxanəm,Rəhmət ola, min yol sənə rəhmət, genə rəhmət.
Lay-layLay-lay deyim, yat, ciyərim parəsi,Ağlama çox, ey gözümün qarəsi,