Ey könül, sən sevdiyin ol nazlı afət özgədir
Ey könül, sən sevdiyin ol nazlı afət özgədir,Bülbüli-şeydayə gülzari-lətafət özgədir!
Aşiqüməşuqə məst olmuş xəyali-vəsl ilə,Barigahi-eşqdə zövqi-xilafət özgədir!
Dəhrdə didari-yar ilə şərafət etmədim,Əhli-eşqə kuyi-cananda şərafət özgədir!
Qurmuşuq biz bu ziyafət məclisin bir şövq ilə,İncəlik, min nazənin söhbət, zərafət özgədir!
Xəlqimiz yüzlərcə məclislər, ziyafətlər görüb,Ən gözəl, qiymətli, ən ali ziyafət özgədir!
Nazəninlər bir tərəf, bir yanda rindi-meypərəst,Bir işarə arifə eylər kifayət, özgədir!
Zənn edirdim görmədən, Vahid, nəzakət əhlisən,Anladım görcək səni, əhli-nəzakət özgədir!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-ey-konul-sen-sevdiyin-ol-nazli-afet-ozgedir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sordumsa hər kəsdən, dedilər, bivəfa səni,Neylim, həqiqi bilmiş idim aşina səni.
Əcəb gözəl yetirib gərdişi-zəmanə səniƏcəb gözəl yetirib gərdişi-zəmanə səni,Zəmanəmizdə sanır xəlqimiz yeganə səni.
Vəfalısan, gözəlim, çəkdim imtahanə səniVəfalısan, gözəlim, çəkdim imtahanə səni,Vəfadə tək yetirib gərdişi-zəmanə səni.
Yaradıb tanrı, əzizim, nə gözəl yar səni!Yaradıb tanrı, əzizim, nə gözəl yar səni!Gözlə, bu hüsn ilə aldatmasın əğyar səni!
Başqa şairlərin şeirləri · Eşq
Məni eşqə salan dilbər,Sən ha belə deməmişdin,
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Qısqanıram mənO çalır, nəğmənin hər xalında sən,Qəlbini, ruhunu tapmısan deyən.
Sən gedəndən bəri, ey üzü dönmüşSən gedəndən bəri, ey üzü dönmüş,Gözlərəm oturub yol qabağında;