Lay-lay deyim, yat, ciyərim parəsi,Ağlama çox, ey gözümün qarəsi,Olma yemək, içməyin avarəsi,Lay-lay, quzum, lay-lay, gözüm, yatgilən,Rahət olub bir azca boy atgilən.

Böyü bir az, yeddi yaşa yetgilən,Səhər tezdən dur küçəyə getgilən,Müəlləq aşmağa həvəs etgilən,Laylay, quzum, laylay, gözüm, yatgilən,Rahət olub bir azca boy atgilən.

Qaç o yüzə-bu yüzə, qaç yel kimi,Bikar dolan küçələri vel kimi,Xəbər apar ona-buna tel kimi,Lay-lay, quzum, lay-lay, gözüm, yatgilən,Rahət olub bir azca boy atgilən.

Kəndirbazdan etgilən kəsbi-ədəb,Bəxtini falçıdan etgilən tələb,Dərviş olsan, olar dəxi çox əcəb!Lay-lay, quzum, lay-lay, gözüm, yatgilən,Əfsunları müsəlmanə satgilən.

Sonra çalış, səy ilə şöhrət qazan,Doldur qutulara çoxluca ilan,Müsəlman aləmin gəzgilən, dolan,Lay-lay, quzum, lay-lay gözüm, yatgilən,Rahət olub bir azca boy atgilən.

“Molla Nəsrəddin”, 12 may 1906, №6

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Yoldaş

Cəmi oxucularımızdan təvəqqe edirik ki, Bakıda təzə çıxan “Yoldaş” adlı qəzetin ikinci nömrəsini bir adamdan yalvarıb alıb oxusunlar, genə qaytarsınlar sahibinə. Və görsünlər qəzetin əvvəlinci səhifəsində cənab Rəsulzadə nə yazır.Yazır ki, dəxi indi erməni və müsəlmanlar öz dost və düşmənlərini tanıyıblar, öz mənfəətlərini və zərərlərini dəxi qanıblar və bundan sonra onları aldadıb alət etmək qeyri – mümkündür.

3 dəq
“İrşad” çıxır

“İrşad” – “Proqres”qəzetləri üçün tərtib olunmuş müdiriyyət heyəti ümum əhaliyə elan edir ki, “İrşad”-”Proqres” qəzetlərini nəşr etmək üçün bina olunmuş şirkət bu noyabr ayının 17-dən, şənbə günündən “İrşad”qəzetini nəşr etməyə şüru edəcək: Qəzet həftədə üç dəfə çıxacaq; lakin qəzetin cəsamət və formatı böyük rus qəzetləri cəsamətində olacaq; müsəlmanların cümlə ürəfa və danişməndləri “İrşad” da iş görməklə bərabər daim mühərrirlik üçün ən ümdə yazıçılarımız cəlb olunmuşdur. “İrşad”a sabiqdə müştəri olanlara qəzet yanvar ayınadək müftə göndəriləcək. Abunə qiyməti Bakı üçün birilliyi altı manat, altıaylığı üç manat yarım: mədənlər və qeyri şəhərlər üçün birilliyi yeddi manat, altıaylığı dörd manatdır. Qəzetin idarəsi sabiqdə olduğu yerdə, yəni Qubernski küçəsində Dadaşovun evindədir.“Molla Nəsrəddin”, 18 noyabr 1907, № 43*

1 dəq
İdarədən

Məcmuəmizin 34-cü nömrəsində dərc etdiyimiz “Fatı” sərlövhəli mənzumə gərək oxucularımızın nəzərində ola. Mənzumənin üçüncü sətrində şair deyir ki, əhvalat vaqe olub “keçən il”. Belə olan surətdə əhvalatı nəzmə çəkən məşhur Fəqiri tanımayan oxucularımız belə xəyal edə bilərlər ki, Fatının qubernatora çul aparmağı həqiqətdə keçən il vaqe olub.Oxuçularımızı bu cür iştibahdan çıxarmaqdan ötrü lazım bilirik bunu söyləyək ki, həmin mənzumənin müsənnifi Ordubad şairlərindən məşhur Fəqir vəfat edib təxminən iyirmi il bundan qabaq və həmin əhvalatı yazıb bəlkə otuz il bundan irəli. Bunu Naxçıvan və Ordubad mahalında hamı təsdiq edə bilər, çünki oralarda mərhumu tanımayan müsəlman azdır.

1 dəq
Qırmızı

Bizə çox yerlərdən kağız yazıb giley eləyiblər ki, nə səbəbə bu il “Qeyrət” mətbəəsi çıxardan təqvimlərdə müsəlman bayramları və cümə günləri qırmızı mürəkkəb ilə yazılmayıb, necə ki özgə millətlərin kalendarlarında bazar günləri və bayramları qırmızı mürəkkəb ilə yazılır.Bu sözlər hamısı doğru sözlərdir və hər millətin təqvimində bayram günləri və tətil günləri qırmızı mürəkkəb ilə yazılırlar ki, qeyri günlərdən seçilsinlər.

1 dəq

Başqa şairlərin şeirləri · Satira