Gündə bir cildə girən simasız adamlaraHeyrət etmədiyinçin heyrət edirəm sənə.Yalana, çirkinliyə, həsədə, pozğunluğaNifrət etmədiyinçin nifrət edirəm sənə.

Bahardan üz döndərən ürəyi gülşənsizə,Məsləki gülşənsizə, diləyi gülşənsizə,Zahiri vətənliyə, batini vətənsizə,Lənət etmədiyinçin lənət edirəm sənə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar