Layla
Bir komada balasına layla çalır bir ana,Dərdlərini sanki bir-bir yada salır bir ana.Bu laylada sakit axan bulaqların səsi var,Bahar çağı pıçıldaşan yarpaqların səsi var.Bu laylanı uzaqdanÜrəyimin qulağıyla eşidirəm bayaqdan.Bir igidin balasıdır bu körpə,Bir şəhidin balasıdır bu körpə.Yaxşı fikir verirəm,Mən tanışam bu laylanın hər sözüyləTəbrizdəki o daxmada beşiyi də görürəm,Qana dönmüş ürəyimin gözüylə.Bu laylanın hər səsindəSanıram ki, mənə doğma bir mahnının sətri var.Bu laylanın nəfəsindəTarlaların, meşələrin, çəmənlərin ətri var.Ehtiyac yox suala,İnanın ki, bu laylaİgidlərin adını,Şəhidlərin adınıGizlinəKörpəciyin qulağına pıçıldayır hər gecə.Bu laylada bir xalqın, bir vətəninQövr eləyən yaraları göynəyir.Çiçəyinə qan çilənmiş çəməninBülbülləri qəm yeyir.Mürgüləyən körpənin gülümsəyir gözləri,Nəsə deyir gözləri.Eşitsin ana Vətən,Bilirəm bu sirri mən:Körpə sabah öz əliylə,Xalqın böyük əməliyləQuracağı dünyasından razıdır,Anasının laylasından razıdır!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-layla
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Nə səni dindirdi ölüm,nə bizi,
GetməGözəllər karvanı yola düzüldü,Kəpəzin kəkliyi, maralı, getmə.
Ey saçı sünbül, yüzi dadə, gözi ahubərəEy saçı sünbül, yüzi dadə, gözi ahubərə,Boldu sənsiz ruzigarım tirəvü bəxtim qarə.
İndiMüxənnət zamana, beymürvətə fələk.Qoymadı mətləbim, bir aləm indi,