Həyat yollarında, könül, həmişə,Yadında müqəddəs andını saxla.Dost ellər içində, sınaq günündə,Hörmətini saxla, adını saxla.

Həyatda sevinclə əkizdir kədər,Çalış, bir anın da getməsin hədər.Süleyman, ömrünün sonuna qədərQəlbində eşqinin odunu saxla!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri