Bakı göylərində gözəl bir axşamTapdı ulduzunu mənim ulduzum.Sən məndən, mən səndən alırıq ilham,Qoy şirin söhbətim olmasın uzun.

Sevgi dünyasında keçdi ömrümüz,Ağ gündə, dar gündə sınadım səni.Bağışla, sevgilim, olmasam da pis –Bəzən yerli-yersiz qınadım səni.

Çox yaxşı bilirsən, vəfalı dilbər,Adına bağlıdır sevincim, dərdim.Yenidən dünyaya gəlsəydim əgərYəqin ki, yenə də səni sevərdim!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq