Dərdə bax, yalnız özündən razısan, bədbəxt adam,Zənn edirsən, millətin avazısan, bədbəxt adam.

Səndən olmaz sanki aləm heç nədir, sənsən düha.“Sən məhəbbət, sən bilik dəryasısan”, bədbəxt adam,

Hər araq dostun içib kefləndimi, tez-tez deyir:“Sən bütün məclislərin mənasısan”, bədbəxt adam.

Kaş biləydin harda söhbət yaxşı insandan gedir,Orda sən hər cümlənin “əmma”sısan, bədbəxt adam.

Sən Süleymandan soruşsaydın kiməm? Söylərdi ki,Sən, vəba, taun, bəla əkkasısan, bədbəxt adam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira