Mən varlıyam, sən yoxsul
Beləsi də var
İnsana ta qədimdən zinət olub ömürlük –Şöhrət olub ömürlükNamus, qeytət, həqiqət,Təmiz vicdan, məhəbbət.Ey məclislər başında vardan söz açan adamCiblərindəki cansız yardan söz açan adam.Dilin pul, nəfəsin pul,Eşqin pul, həvəsin pul.Sözündən pul tökülür,Gözündən pul tökülür.Piylənmiş əndamında tərin də puldur sənin,Dərin də puldur sənin.Sağda pul asqırırsan, solda pul asqırırsan,Yolda pul asqırırsan.
Görürəm qazancını düzdən düz xərcləyirsən,Aylığın yüz manatdan gündə yüz xərcləyirsən.Məclislərdə şairi kinayəli süzürsən,Şeri alqışlananda yaman dodaq büzürsən.Baxıb sənə gülürəm,Mən çox gözəl bilirəm –Yoxdur zərrə hörmətin,El içində şöhrətin.Bu yerdə ən abırlı şəxsiyyət səncə, sənsən,Dünyanın ən yoxsulu, şübhəsiz, məncə, sənsən.Heç vaxt hörmət sahibi ola bilməyəcəksən,Namus, qeyrət sahibi ola bilməyəcəksən.Çünki çölə atılmır mənim bu saydıqlarım,Mağazada satılmır mənim bu saydıqlarım.Mənim bu saydıqlarım cibə, filana sığmaz,Yox, yox, ümmana sığmaz.Dünyanın bu varından sən məhrumsan ömürlük.Ömürlük baharından sən məhrumsan ömürlük.Atalar əcəb deyib, ömrə bəzək deyil pul.Xoşbəxtlər xoşbəxtiyəm – mən varlıyam, sən yoxsul!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-men-varliyam-sen-yoxsul
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Təbrizimin bitməyib, heyhat, qanlı günləri,Sonsuz ahlı, fəryadlı, həyəcanlı günləri.
Şeirdən qiymətli şərvət olmasın...Dostlar, deyirəm ki, hər təzə ildəHalal süfrəmizdə qeybət olmasın.
Təbrizli Süleyman oldumAyrılıqdan necə gör könlü pərişan oldum,Gözü illər uzunu yol çəkən insan oldum.
Mənim muştuluğumBəxtiyar Vahabzadəyə*Çoxdandır şad xəbər gəlmir o taydan,
Başqa şairlərin şeirləri · Satira
Sən adət edibsən gecə-gündüz ha qaşınmaq,Lazımdı baxanda sənə odlarına yanmaq,
Dəng olduqBəsdir, Baba, danışdın, fəryad sənin əlindən!Bir gün olurmu millət azad sənin əlindən?
Ədəbiyyat (“Kəlniyət”! Al bircə qələmdən, kağız)“Kəlniyət!” Al bircə qələmdan, kağız,Tezlik ilə jurnala bu vəzni yaz,
Demədim?Qəyyur əfəndiyə oxşatma*Ay Baba, mən sənə bu mətləbi pünhan demədim?!