Şeirdən qiymətli şərvət olmasın...
Dostlar, deyirəm ki, hər təzə ildəHalal süfrəmizdə qeybət olmasın.Vətəndən danışaq, eldən danışaq,Gərəksiz, mənasız söhbət olmasın.
Qoy özündən küssün sözümdən küsən,Hamıya, hamıya anadır vətən.Könül, candan bağlan vətəninə sən,Eldə ünvanına nifrət olmasın.
Döşünü qaz kimi qabağa verən,Yerini hər yerdə lap başda görən,Atını gah sağa, gah sola sürənMən-mən deyənlərə hörmət olmasın.
Vətəndir qol-qanad hər sənətkara,Şairəm deməsin hər üzüqara.Çalışaq onlarda nəşriyyatlara,Hücumlar etməyə cürət olmasın.
Anamız vətənçin vurmasa ürək,Haram olsun mənə yediyim çörək!Vətənini sevən şairçin gərəkVicdandan dəyərli sərvət olmasın.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-seirden-qiymetli-servet-olmasin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nəvəm Azadəyə*Azadə! Gözəllər gözəlindən də gözəlsən!
İşıqDar qəbirdən fərqi nədir, deyin zülmət bir zindanın?!Arazın o tayındakı mənə doğma bir məkanın
SaxlarsanFikrət Qocaya*Gözəl şeirlərini öz adında saxlarsan,
Ürək sözləriOsman Sarıvəlliyə*Təbrik edirəm candan, ürəkdən səni, Osman,
Başqa şairlərin şeirləri · Vətən
Dolu döyüb bizi, bir də döyməsin,Bulud qəzəblənmə, yağ, yavaş-yavaş.
İntizarBir göyün altında gəlib görüşən,O iki taleyi bezar bizimdir.
DağlarZinəti nərgizdən, tər bənövşədən,Al-yaşıl geyinib şad olan dağlar.
Xosrov və Şirin, fəsil 101Xosrov dedi: "Mənə çərx gərdişindən,Bu yerdən, havadan bir az danış sən."