Ürək sözləri
Osman Sarıvəlliyə
Təbrik edirəm candan, ürəkdən səni, Osman,Təkrar nə deyir – gör sənə dostun bu Süleyman.
Sən hörməti insanlara hörmətlə qazandın,Qəlbindəki saf, nurlu məhəbbətlə qazandın.Şerindəki ən güclü həqiqətlə qazandın,Şair kimi heç güdmədin öz xeyrini dostum,Ellər oxuyur nəğmətək hər şerini dostum.
Ağ günlü həyatında elin baxtını gördün,Əzmində, səbatında elin baxtını gördün.Ən ülvi muradında elin baxtını gördün,Al bayrağı öz bağrına basdın yenə dostum,Yazdın, yenə yazdın, yenə yazdın, yenə dostum!
Hər dikbaşa baş əymədin ömründə özünçün,Mən-mən deyə car çəkmədin ömründə özünçün.Sən heç qapılar döymədin ömründə özünçün,Şöhrət özü döydü qapını, aç deyə, dostum,Şerinlə qaranlıqlara nur saç, deyə dostum!
Tərif dilənən kəsləri, sən sevmədin heç vaxt,Yad nəğmədə yad səsləri sən sevmədin heç vaxt.Biganə baxan gözləri sən sevmədin heç vaxt,Çal, çal, sazının susmasın heç telləri dostum,Çal, vəcdə gətir mahnı sevən elləri, dostum!
Qoy aləm eşitsin, mən ürəkdən çəkirəm car,Var, qarşıda bundan daha xoş illərimiz var,Yox, yormayacaqdır bizi bu zirvəli yollar,Heç baxmayıb öz şıltaq ürək ağrıma, dostum,Gəl, bir də basım mən səni öz bağrıma, dostum!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-urek-sozleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey Vətən! Torpağın əzizdir mənə,Mən orda tapmışam səadətimi.
Dəyəri yoxdurSinəsi dəryaca şeirlə doluŞairin günəşsiz səhəri yoxdur.
Yuxusuz gecəmBu gecə qaydam üzrə çəkilib bir küncə mən,Kağız üstə yol aldım bir şerin ardınca mən
Canlara candır QarabağŞöhrətin yer üzünə çoxdan əyandır, Qarabağ,Vurğunam hüsnünə mən xeyli zamandır, Qarabağ.
Başqa şairlərin şeirləri · Vətən
Deyibsiz yə’ni gəlləm gəldi bir belə xəbər, Vaqif,Xilaf idi bu sözlər bəs, peşimanmı məgər Vaqif?
VətənVətən hər kəsə nəfisdir,O hər uludan uludur.
KüsmərəmMən şirin ləhcəli bir bülbüləm ki,Güllərdən küsərəm, səndən küsmərəm!
Azərbaycan el marşıBiz dünyanın qorxu bilməz bir qəhrəman eliyik,Alovlardan yaranılmış Azərbaycan eliyik.