Yuxusuz gecəm
Bu gecə qaydam üzrə çəkilib bir küncə mən,Kağız üstə yol aldım bir şerin ardınca mənKönlümdə insanların, bir də öz arzularım,Qələmimdən süzüldü kağıza könül varım.Misralar qoşun kimi düzüldükcə cərgəyə.Sevindim istəyimə nail oluram deyə.Əziz oğlum, sirdaşım, qonum-qonşu da yatdı.Mənimsə gözlərimə bu gecə yuxu yaddı.Dağ oldu külqabında papiros kötükləri,Lal gecənin başında göründü ağ tükləri...Gün doğdu, sübh açıldı, doyunca aldım nəfəs,Səhər mahnım şəhərə dalğa-dalğa saldı səs,Çıxdım eyvana birgə öz təzə əsərimlə,Öpdüm gözəl Bakımı yuxusuz gözlərimlə!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-yuxusuz-gecem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sürətlə getməsəm də, yenə də yoldayam mən,Yerimdə saysam əgər, mənə nə deyər vətən.
Səni görəndəDoktor Fatma xanıma*Gözəlliyə baş əyirik səni görəndə,
Gəldi də getdiHüseynqulu Sarabskinin xatirəsinə*Səhnəyə, sənətə məcnuncasına
Cəfər, səni andımCəfər, bu səhər mən səni şair kimi andım,Gəl, gəl, dedim, ancaq mənə hay gəlmədi səndən.
Başqa şairlərin şeirləri
Ey Şərq, sənin üstündə cahan çarpışıyorkən,Aləm səni bölməklə səadət bölüşüyorkən,
Qəzəl: Qoymaz əldən eşq damanını əqli var olanQoymaz əldən eşq damanını əqli var olan,Etməz ol səhbayi-biğəş tərkini hüşyar olan
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Gəraylı: Ey saqi, dolana-dolanaEy saqi, dolana-dolana,Dolduruver müştaq olana,