Sürətlə getməsəm də, yenə də yoldayam mən,Yerimdə saysam əgər, mənə nə deyər vətən.Desin görək bu yolda kim məni yorğun görüb?Ömrüm bahar, yaz görüb, qar görüb, çovğun görüb.

Vətənimin adından, millətimin adından,dövlətimin adındanYaşıl gözlüklülərin gözlərini ovduğum,Yaşıl qələmliləri gülşənlərdən qovduğumÇıxmayıbdır yadımdan,Çıxmayacaq heç zaman.Qırmızı gözlüyümlə baxıb nələr görürəm,Nə səhnələr görürəm.Tapdıqca fürsət yenəTəəssüf, min təəssüf, məslək düşmənlərinəTamam güzəştə getmək fikrinə düşən olur,İşlənən günahların üstündən keçən olur.Əvvəldən yolsuzları görən gözüm olmayıb,Millətimin yanında yalan sözüm olmayıb,Durmamışam kənarda dar gündə, bərk ayaqda,Görürəm ki, yenə də tək-tək küncdə, bucaqda.Yalan başdan dilində əzbər edib millətiYa açıq, ya xəlvətiMəndən doğru sözümün heyfini alan da var,Günəşli gündüzümün heyfini alan da var.Bəli, fürsət tapanda,

Ağacdan ata minib sola, sağa çatanda,Yüz qızıl kitabımın heyfini alan da var.Bir para adamların orta istedadınıKefi istəyən kimi şişirdib yazan da var.Şərəfli yollar keçən ustadların adınıQələminin ucuyla, gizlində pozan da var.Paslı ürəklərdəki,Yaslı ürəklərdəkiBizə qarşı nifrəti,Qəzəbi, küdurətiBu gülşəndə qoymuram zərrəcə kök atmağa,Bir tabuta yükləyib basdırıram torpağa.Bir yerdə saymaqla heç əzəldən yoxdur aram,Yenə də yollardayam, yenə də yollardayam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən