25-ci palatada
Professor Adil Sadıqova ithaf
Dərman qoxusuyla doludur otaq,Yenə ağır-ağır alıram nəfəs.Yanır qızdırmadan yenə dil, dodaq,İçimdən əmr edir döz deyə bir səs.Dözürəm ağrıya, dözürəm dərdə,Haqqımda nə sözlər gəzmir şəhərdə!Gəlir baş çəkməyə dostlar, tanışlar,
Mənə gül verirlər, çiçək verirlər.Bəxtinlə ekizdir, deyirlər bahar,Təsəlli verirlər, ürək verirlər.Əl-ayaq çəkilir axşam düşüncəHəmdəmim yenə də xəyal, düşüncə...Mizimin üstündə kağızlar ağdır,Şeir yazmamışam, çünki haçaqdır.Sözümə baxmayır əlimdə qələm,Ölümdən ağırdır, mənə bu ələm.Boğulub qəlbimdə sözlərim yenə,Hirsimdən yaşarır gözlərim yenə.Bəli, yaxşı deyil, halım yamandır,Günüm belə keçir xeyli zamandır.Gedir otağımdan həkimlər qəmgin,Üzümə demirlər dərdimi açıq.Seyr edib Xəzəri eyvandan hər günTəsəlli tapıram orda azacıq.Bunu da bilirdim illər ötəcək,Bəli bu şair də ölüb gedəcək.Ölənlərdən artıq olmayacaq ki,Qurdla qiyamətə qalmayacaq ki.Bir az da yaşamaq istədim ki, mənVətənin, millətin borcunu verim.Nə edim şairəm, nə edim ki, mənMizimin dalında boş qalıb yerim.Budur bu böhranlı, ağır çağımdaYetdi harayıma bir həkim mənim.Yarpaqlar cücərdi can budağımdaOna inan dedi ürəyim mənim.Bütün varlığımla inandım ona,Gözümü qaplayan pərdə söküldü.Bəli, yavaş-yavaş gəldikcə canaÖlüm qəzəbindən yandı, töküldü.Həkim dost, əzizdən əzizsən mənə.Bu təzə şerimi borcluyam sənə.Masam arxasında düşünən zaman –Deyirəm – şübhəsiz məni sağaldanAdıma deyilən qurbanlar deyil,Verdiyin, içdiyim dərmanlar deyil,Xəstəylə söhbətin, rəftarın oldu,Ürəyə yol tapan bu varın oldu.Sənə ehtiramım ürəyimdədirSanıram yenə də keşiyimdədir:Xəstənin dərdinə şəfa sözlərin,Gülən dodaqların, gülən gözlərin!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-25-ci-palatada
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sevgilim, mən sənə canan deməyim, bəs nə deyim?Hüsnünü dərdimə dərman deməyim, bəs nə deyim?
Olmasa olmazBağlarda əsəndə payız yelləri,Ağaclar saçını yolmasa olmaz,
Tanımadınmı?O gün bir məclisdə gəldik üz-üzəBu dərdi pünhanı tanımadınmı?
Mənim fəlsəfəmDüyünlü sözlərdən heç gəlməz xoşum,Aydın həqiqətdir mənim fəlsəfəm.
Başqa şairlərin şeirləri
Ey ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı