Sənə bağlıyam
Dostum Zeynal Məmmədova ithaf
Qarabağa cənnət desəm, tamam haqlıyam,Bakılıyam, şəkiliyəm, qarabağlıyam.
Saf, ləkəsiz məhəbbəti bu torpaqda gör,Könül açan təbiəti bu torpaqda gör.Gözəlliyi, şeriyyəti bu torpaqda gör.Baxtıma bax, bu yerliyəm, bu torpaqlıyam,Alını açıq, qəlbi açıq vətən oğluyam.
Vəcdə gəlib məhəbbətlə vurur ürəklər,Gün doğmamış, ətirlənir hər gün, hər səhərGözəllərin nəfəsilə güllər, çiçəklər.Dağ gövdəli çinar kimi qol-budaqlıyam,Canım, gözüm, Qarabağım, sənə bağlıyam!
Gözəlliyin kökü mənim diləyimdədir,Elin gücü qolumdadır, biləyimdədir,Vətən eşqi qocalmayan ürəyimdədir.Ağ günümdə, dar günümdə el dayaqlıyam,Canım, gözüm, Qarabağım, sənə bağlıyam!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-sene-bagliyam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şair yad elli bağda gərək kölgələnməsin,Yad gözlə baxmasın vətənə, özgələnməsin.
GülşənimEtsə cövlan min xəzan – qarşımda, solmaz gülşənim,Sevgi dəryasında tufan qopsa, batmaz yelkənim.
Nə dərdim!Canan üzümə bir kərə gülsəydi, nə dərdim,Mən tək o da bir qədrimi bilsəydi, nə dərdim.
Gəlin gəlsinGün batdı, külək yatdı,Tox bir quzu tək yatdı.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Gənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
Vücudun şərhinə girdim əcəb sirri-Xüda gördümVücudun şərhinə girdim əcəb sirri-Xüda gördüm,Yasanmış iki bənd üstə bu şərhi canfəza gördüm.
Məhəbbət karvanımMəhəbbət karvanım uzağa getdi,Ha qaçım, dalınca çata bilmərəm.
GözəlArif olan, bilin, çəkib bu sinəmə dağı gözəl,Bülbül kimi gəşt eləyib, dolanıb bağı gözəl.