Nə dərdim!
Canan üzümə bir kərə gülsəydi, nə dərdim,Mən tək o da bir qədrimi bilsəydi, nə dərdim.Tutsaydı baharın gül əlindən, ətəyindən,Sevda bağımın seyrinə gəlsəydi, nə dərdim.Aydın seçə bilsin deyə hər yaxşını pisdənQəlbində olan güzgünü silsəydi, nə dərdim.Birlikdə bu gülşəndə bizim əllərimizləİlhamla qızılgüllər əkilsəydi, nə dərdim.Olsaydı Süleyman kimi öz eşqinə sadiq,Hər gün adımız birgə çəkilsəydi, nə dərdim!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-ne-derdim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çoxdandır bələdəm mən o tufanlı yollara,O dil bilməz yollara, o hicranlı yollara.
İki anaHəyatımın mənasıdır qəlbimdəki iki anam,Mən onların nəfəsilə nəfəs alıb yaşayıram.
Atamın mahnısıUşaqlıq xatirələri*Gün batsa da nə eybi var, əziz balam, körüyü bas,
Göy gölBəlkə də bu sirri bilmirsən özün,Sən bütün göllərin başısan, Göy göl.
Başqa şairlərin şeirləri · Eşq
(“Turan düdüyü”)**Nargin əsirlərinin dilindən*
Gəraylı: Ağalar, biwəfa yardanAğalar, biwəfa yardanMən dönərəm, könül dönməz
TillərinA sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.
Öldüm, nedeyim, derdimi bir yara deyən yoxÖldüm, nedeyim, derdimi bir yara deyən yox,Neylim ki, bu biçarəyə bir çare deyen yox.