Çoxdandır bələdəm mən o tufanlı yollara,O dil bilməz yollara, o hicranlı yollara.

Eşqimin dörd fəslində, ömrümün dörd fəslindəHaray çəkib çıxmışam Savalanlı yollara.

Gəzmişəm sorağında vəfalı dilbərimin,Söyləmişəm arzumu həyəcanlı yollara.

Bir vüsal nəğməsini oxumuşam hər səhərYükü ayrılıq, kədər, qəm karvanlı yollara.

Demişəm tapmayınca gözəllər gözəlimi,Yadlar ayaq basmasın Süleymanlı yollara.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq