Həyatımın mənasıdır qəlbimdəki iki anam,Mən onların nəfəsilə nəfəs alıb yaşayıram.Biri məni bu dünyaya gətirmişdir məhəbbətlə,Öpüb qucmuş, boya-başa yetirmişdir məhəbbətlə.Gecə-gündüz, gözlərilə səkmiş mənim keşiyimiLaylay deyib yırğalamış iftixarla beşiyimi.Gənc ömrünü bir şam kimi əritdikcə üzərimdə,Baxışları bir əbədi günəş olmuş nəzərimdə.Bircə nöqsan tapmayaraq övladının varlığında,Bir can kimi bəsləmişdir məni isti qucağında.Mən körpəykən özü biçib, özü tikmiş paltarımı,Gülüşündə görmüşəm öz çiçəklənən baharımı.Bu gün yaşa dolsam da mən, bir körpəyəm gözlərindəAğ başımı görmək istər o öz ana dizlərində,Yaxın, uzaq ellər bilir mən onunam, o mənimdir,Dedim iki anam vardır... O birisi Vətənimdir.Udub qızıl bayraq altda onun təmiz havasını,Ürəyimdə yaratmışam bəxtiyarlıq dünyasını.Namusunu qorumuşam çağrılmamış qonaqlardan,Şan-şöhrəti bir an belə düşməyəcək dodaqlardan,Mənim kiçik şair adım onun böyük adındadır,Zəhmətimin nəticəsi meyvəsinin dadındadır.Mən şahidəm, hər baharda çevrilir şux çiçəklərəMünbit Vətən torpağında əcdadımın sümükləri;Onun halal çörəyilə qüvvət gəlir ürəklərə,Bərkiyərək polad olur övladımın sümükləri.Dedim iki anam vardır, qoy var olsun bu həqiqətOnlarındır şerimdəki bu məhəbbət, bu hərarət.

Bu sevimli iki adla çiçəklənir azad ölkəm,Qəm yemərəm çatsa bir gün əziz ömrüm son çağına.Çünki bütün varlığımla əminəm ki, keçəcəyəmO anamın qucağından, bu anamın qucağına!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar