İnqilab baharımız
Baharların baharıdır bu inqilab baharımız,Könüllərin vüqarıdır bu inqilab baharımız.
Qara günlər təqviminə qələm çəkib döyüşlərdə,Ağ günlərçin sinə gərib, qan-tər töküb döyüşlərdəZülmətlərin pərdəsini yırtıb, söküb döyüşlərdəÖmrümüzün aynasıdır bu inqilab baharımız.Eşqimizin mənasıdır bu inqilab baharımız.
Bu baharın əməlləri ürəklərdə köklər atıb,Ən müqəddəs arzularda, diləklərdə köklər atıb,
Dünyamızı aydın görən bəbəklərdə köklər atıb,Əsrimizin növrağıdır bu inqilab baharımızDüşmənlərə göz dağıdır bu inqilab baharımız...
Yer üzündə bu baharın ömrü bahar övladıyıq,Bu gülşənin, bu gülzarın ömrü bahar övladıyıq.Şan-şöhrətli bu diyarın ömrü bahar övladıyıq.Ömrümüzün günəşidir bu inqilab baharımız,Qəlbimizin atəşidir bu inqilab baharımız.
Ana vətən göylərində dalğalanır bayrağımız,Qardaşlığın pozulmayan vəhdətidir dayağımız.Zirvələrin zirvəsindən gəlir bizim sorağımız,Oktyabr möhürlüdür bu inqilab baharımız,Günəş qədər ömürlüdür bu inqilab baharımız!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-inqilab-baharimiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vətənimin seyrinə çağırıram elləri,Sərvət görmək istəyən Azərbaycana gəlsin!
Ana çörəyiBu bağın başqa gözəllikləri var,Boylanıb incə çiçəklər, otlar.
Ana və poçtalyonDörd ay vardı, ananın gözləri yol çəkirdi,Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi.
Süleymanam, dəyişmərəmKönül necə sevinməsin, bahar gəlib, bahar gəlib,Gəzib diyar-diyar gəlib.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Hər kim ki, hicri-yar ilə düşsə dimağdən,Heç açılırmı könlü onun seyri-bağdən?
Ararat dağı1Bir dağ idim, dəniz yurdum, dalğalardan vətənim,
Sən güləndəSən güləndə ellərəAl günəşli yaz gəlir.
Kədər başdan-başa sinəmi tutmuşKədər başdan-başa sinəmi tutmuş,Nəfəs almağa da yer saxlamamış.