Etsə cövlan min xəzan – qarşımda, solmaz gülşənim,Sevgi dəryasında tufan qopsa, batmaz yelkənim.Kim ki, vicdan alverindən doymayıb bilsin ki, oDüşmənimdir, düşmənimdir, düşmənimdir, düşmənim.Görməyib, görməz məhəbbətsiz bu dost ellər məni,Qəlbimin saf, al qanıyla yoğrulub eşqim mənim.Xalqıma böhtan atan qansızlara, satqınlaraTa uşaqlıq illərimdən mən kəsildim bir qənim.Mən Süleyman Rüstəməm, məşəl təkindir hər sözümÇünki odlar yurdudur ilk məskənim, son məskənim!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq