Göy göl
Bəlkə də bu sirri bilmirsən özün,Sən bütün göllərin başısan, Göy göl.Vüqarlı Qoşqarın, qarlı KəpəzinNişan üzüyünün qaşısan, Göy göl.
Gözəllər yuyunur sahillərində,Ürəklər döyünür sahillərində,Şairlər öyünür sahillərində,Gözümdə yaxşıdan yaxşısan, Göy göl.
Yamyaşıl şamlardır kamanın, sazın,Ağlardı bir zaman baharın, yazın.Bir qərib dumanın, bir qızıl qazınBəlkə də gözünün yaşısan, Göy göl...
Arxan uca, şiş dağlara bağlıdır,Göy suların bulaqlara bağlıdır.Baxtın qızıl bayraqlara bağlıdır,Xəzərə ən kiçik bacısan, Göy göl.
Çökəndə üstünə həzin axşamlar,Göylərdə göz qırpıb yananda şamlarDost kimi baş-başa verəndə şamlarSanıram firuzə qaşısan, Göy göl.
Hüsnündür ellərdə dillər əzbəri,Xəyala dalmısan səhərdən bəri.Dillənər tarixin səhifələri –Yuyub qayaları qaşısan, Göy göl.
Sən gərək biləsən səxavətimi,Adına yazaram söz dövlətimi –Bu solmaz hüsnünə məhəbbətimiQəlbində əbədi daşısan, Göy göl.
Sən elə bilmə ki, qocalıram mənEllərin gücündən güc alıram mən.Hüsnünü seyr edib ucalıram mən,Gecənin başının tacısan, Göy göl.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-goy-gol
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xəzərdə həlak olmuş*Tofiq Hüseynovun xatirəsinə*
Təbrizdə qışBir dost kimi yetişərək harayına Arazın,Gözlərimi zilləyirəm o tayına Arazın.
Qolsuz qəhrəmanGecə dilsiz, yer-göy dilsiz, ay-ulduzlar yenə dilsiz,Saya gəlməz insan udur lal gecənin havasını.
Yeni kəndin işıqlarıTəbiətin qucağında, doğma Xəzər qırağında,Qəhrəmanlar ocağında, kefimizin şən çağında
Başqa şairlərin şeirləri
جان زنده کند نسیم کآرد بویت
Könlümün hər dəm girər ol mahsima qoynunaKönlümün hər dəm girər ol mahsima qoynuna,Yeridür gər girsə Xurşidnin Məsiha qoynuna.
Qadasın aldığımSəndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,
HasiyəVərdişin təsiri gör nə böyükdür.Hələ də gül, bülbül,