Könlümün hər dəm girər ol mahsima qoynuna,Yeridür gər girsə Xurşidnin Məsiha qoynuna.Sinəmi hal eyləyub ol ay xəyalın bəklərin,Öylə kim, bəkləşdürür xaçını tərsa qoynuna.Bağa girsəm bu sarıq rüxsarü gülgun əşk ilə,Qönçənin istər girə gülbərgi-rəna qoynuna.Gövhəri-əşkim cəhanı tutdu, övladur bu kim,Qoymaya şimdən geri lölöni dərya qoynuna.Qeyr əgər əhbab ilə bəzmi-vüsala yol tapar,Sadiqi alır xəyali-yarı tənha qoynuna.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri