İstərəm həmdəm olum bir neçə Məcnunlar ilə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
İstərəm həmdəm olum bir neçə Məcnunlar ilə,Yəni aşiqlər ilə, didəsi pürxunlar ilə.
Nəmi-əşkim əsəri yıxdı gözüm bünyadın,Yıxmaq olmaz bu məmurəni Ceyhunlar ilə.
Könlə zikri-ləbin eyləmədi zülfini ram,Nə talandur ki, tutulmaz belə əfsunlar ilə.
Nola gər olsa sarı çöhrəsi ərbabi-qəmin,Yüzümüz olsa dilər arizi gülgunlar ilə.
Şadlıq qandavü mən qanda, budur məqsudum.Ki, tutum guşeyi-qəm xatiri məhzunlar ilə.
Yüz çavurdi sənəmim şimdi olalı ki, kərəm,Bəxti-bərgəştələrü taleyi varunlar ilə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Sadiqi, gər sözünə yar qulağdur, nə əcəb,Yandaşur gövhəri-nəzmin dürri-məknunlar ilə.
Kitabxana.az · https://kitabxana.az/works/sadiq-bey-efsar-isterem-hemdem-olum-bir-nece-mecnunlar-ile
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qıldı həngami-səfər sərvi-xuramanım vida,Vəqtidür qılsa təni-dilxəstəni canım vida.
Qəmi-fəraqın ilə dərdnak olub gedərinQəmi-fəraqın ilə dərdnak olub gedərin,Nə dərdnak ki, qəmdin həlak olub gedərin.
Əgər dünya budur, bixanü biman olmamız yegdürƏgər dünya budur, bixanü biman olmamız yegdür,Buraqıb işrət əsbabını üryan olmamız yegdür.
Doldu gözüm qubari-səri-kuyi-yardənDoldu gözüm qubari-səri-kuyi-yardən,Gör, gör nələr yetişdi bana ruzigardən.
Başqa şairlərin şeirləri · Eşq
Ey sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,
Ay gözəl-gözəlYer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.
Sərv boylum sayə salsa başıma gər bir kərəSaxlaram daim başımda, qoymaram düşsün yerə.