ز سروت سایه گر بر من اندوهگین افتد
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
ز سروت سایه گر بر من اندوهگین افتدبه سر بردارم و نگذارم آن را بر زمین افتد
Sərv boylum sayə salsa başıma gər bir kərə,Saxlaram daim başımda, qoymaram düşsün yerə.
مرا بالای هم صد تیغ اگر بر سر زنی زان بهکه کردی رنجه و از تندیت چین بر جبین افتد
Çöhreyi-cananda görməkdənsə bir anlıq qəzəb,Razıyam qəlbim toxunsun gündə yüz min xəncərə.
ز صید مرغ دل هر سو مهیا می شود دامیترا هر گه گره بر گیسوان عنبرین افتد
Yüz bəla dami qurub, könlüm quşun seyd eylədin,Hər düyün vurduqca sən, canan, o zülfi-ənbərə.
دلم گم گشت و قدم شد دو تا در دست غم ماندمبچاک سینه همچون خاتمی کز وی نگین افتد
Bir qaşı düşmüş üzük tək sinəm oldu çak-çak,Sındı qəlbim, qədd büküldü, düşdü canım qəmlərə.
مقابل داشت خود را عکس در آیینه با رویتچه بی شرمیست این یارب ببند آهنین افتد
Var yeri, əlbəttə ki, olsa dəmirbənd ayinə,Əksini tutmuş müqabil sən kimi bir dilbərə.
سواد دیده را مشگل توان برداشت از لعلشندارد راه رستن چون مگس در انگبین افتد
Mərdümi-çeşmim çətin ləli-ləbindən ayrıla,Qurtuluş tapmaz düşəndə arı şəhdü şəkkərə.
Məqtə — şairin təxəllüsü olan son beyt. فضولی شوق آن بت را درون سینه جا کردینترسیدی که ناگه رخنهات در کار دین افتد
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, ol bütün şövqün salıbsan qəlbinə,Qorxmayırsanmı səni dinin yolundan döndərə?
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-167
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yenə açıldı gülü qıldı cəhani xürrəm,Çəmənarayi-vücud oldu güli-baği-ədəm.
Bihəmdillah vəl-minnə ki, tövfiqati-rəbbaniBihəmdillah vəl-minnə ki, tövfiqati-rəbbaniYetirdi mənzili-məqsudə İbrahim sultani.
Yenə dəşt sərsəbzdir, fəsl xürrəmYenə dəşt sərsəbzdir, fəsl xürrəm,Cahan bitəkəllüf, təkəllüfdə aləm.
Bu sürahi məsələn bir sənəmi-rə’nadırBu sürahi məsələn bir sənəmi-rə’nadırKi, dəmadəm tərəbəngizü nişatəfzadır.