نشاطم میکشد چون از تنم پیکان برون آید
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
نشاطم میکشد چون از تنم پیکان برون آیدکه شاید دامن پیکان گرفته جان برون آید
Öldürür şadlıq məni təndən əgər peykan çıxa,Bəlkə bu peykan ilə birgə bədəndən can çıxa,
نخواهم ماند زنده چون نجاتم دادی از هجرانبمیرد هر شرر کز آتش سوزان برون آید
Qalmaram sağ, çünki hicrandan könül olmuş xilas,Məhv olar hər bir qığılcım ki, yanar oddan çıxa.
غباری کان مقیم درگهت تا شد نمیخواهدکه گردد آدم وزان روضه رضوان برون آید
Dərgəhində toz da görmək istəməz könlüm mənim,Istər ol Adəm olub, gər baği-rizvandan çıxa.
بهر چشمی که آید همچو دود از اشک تر سازدسیهبختی که او از آتش هجران برون آید
Tüstüdən hər göz yaşarsa bənzər ol bədbəxtə kim,Yaxmağa daim onu atəş bir hicrandan çıxa.
به یاد غنچه خندان او مردم عجب نبودکه از خار مزاحم غنچه خندان برون آید
Həsrətilə ölsəm hərgah qönçəyi-xəndanımın,Yox təəccüb torpağımdan qönçəyi-xəndan çıxa.
نخواهد برد وقت مرگ اجل از سینهام جز غمبه خانه هرچه باشد چون بکاوند آن برون آید
Üstümü alsa əcəl, sinəmdə yalnız qəm tapar,Axtarış vaxtı gərəkdir zahirə pünhan çıxa.
Məqtə — şairin təxəllüsü olan son beyt. فضولی هست در دل تیر او بسیار میترسمکه با سیلاب خون از دیده چون مژگان برون آید
Məqtə — şairin təxəllüsü olan son beyt. Var bu könlümdə, Füzuli, yarımın peykanları,Qorxuram gözdən bu qanlı seyl ilə peykan çıxa.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-166
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Bizim ellər pərən düşdü, dağıldı,Görəsən necədi oralar indi?
GəlsinCanım qasid, Məcnun kimi gözlərəm,Get yara deginən, bulağa gəlsin.
Salma gözdən bu zaman, ey şəhi-əbrar məniSalma gözdən bu zaman, ey şəhi-əbrar məni,Qılma ənduhü qəmü dərdə giriftar məni,
Qəzəl: Təğafül eyləmə, saqi, ki növbahar keçərTəğafül eyləmə, saqi, ki növbahar keçərYetincə bir də mənə dövr, ruzigar keçər