Könlün istəsə qəm dərdiğə dəva, qədəh iç,Özüni etmə qəmü dərdə mübtəla, qədəh iç.Vüsal bəzmida əgər tüşsə ərzi-halə məcal,Hicab dəf'i üçün əl tola-tola qədəh iç.Gör, ey disan fələkün sübhü şamı yeksan,Əgər səbah qədəh tutü gər məsa qədəh iç.Əgər ki, meykədəğə tüşə, möhtəsib, güzərin,Xilafi-məşrəb edüb qılma macəra, qədəh iç.Demə xumari bəladür deyü qədəh içmən,Ki, bar duayi-qədəh dafeyi-bəla, qədəh iç.Qanadı ensə məqamın bəqa əcəl, ey dil,Unutma dövri-qədəhnivü cabəca qədəh iç.Zəman küdurətidin, Sadiqi, əgər bilsən,Mükəddər olmaya könlün, mükərrəra qədəh iç.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana