Məhəbbət karvanım uzağa getdi,Ha qaçım, dalınca çata bilmərəm.Gənclik gülşənimdə tikanlar bitdi,Mən gülü tikana qata bilmərəm.

Qaldı nə varsa da xatirələrdə,O şirin xəyal da, acı kədər də.Əlim o günlərə çatarmı bir də?O dəryaya lövbər ata bilmərəm.

Ömrün soyuyanda abı-havasıTarmar olarmış könül dünyası.Parlayır dövrəmdə günəş şüası,Mən o şüaları tuta bilmərəm.

Bənzərəm cücərən payız otuna,Gözü yağış dolu yaz buludunaSaldı fələk məni hicran oduna,Dərdi dərd verənə sata bilmərəm.Məhəbbət karvanı uzağa getdiHa qaçım, dalınca çata bilmərəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar