Gəlin qoyub getdiyiniQarı görsən neyləyərdin?Qızılgülü gül fəslindəSarı görsən neyləyərdin?

Qəm zənciri ayağında,Göz yaşları yanağında,Gəlib hicran otağındaYarı görsən neyləyərdin?

Qalıb həsrət diyarında,Solub güllər gülzarında.Qara, ipək saçlarındaQarı görsən neyləyərdin?

Sənsizlikdə düşüb xəstə,Kaman dərdim çalar pəsdə.Bülbül oxuyan şax üstəXarı görsən neyləyərdin?

Gəlin qoyub getdiyiniQarı görsən neyləyərdin?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran