Bir eşqə sadiqəm
Sən odlu şimşəksən, bulud dalında,Çaxma başım üstə, qurbanın olum!Bir eşqə sadiqəm ömrüm yolunda,Çıxma yolum üstə, qurbanın olum!
Sən coşqun dənizsən, səsləmə, aman!Dəniz vurğununu qoynuna pünhan.Onu qərq edərsən, bir azca dayan,O məbədi yıxma, qurbanın olum!
Sən əbədi bahar, xəzansız bağsan,Mən əlçatmaz zirvə, sən uca dağsan,Nə vaxtacan məni çağıracaqsan?Yollarıma baxma, qurbanın olum!
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-bir-esqe-sadiqem
← → düymələri ilə keçid, R — təsadüfi şeir