Əziz oğlumuzHeydər Əliyevə ithaf

Cavidi vətənə gətirən oğul,Onu öz xalqına yetirən oğul,Xalqının misilsiz qayğılarınıÖz çiyni üstünə götürən oğul,Var olsun bu oğul qeyrətin sənin!

Böyük işlər gördün böyük hünərlə,Bəzədin vətəni abidələrlə,Cavidlə görüşdük, bu şad xəbərləÇoxaldı bir daha hörmətin sənin!

Sağ ol xalqımızın igidi, mərdi!Bu bir şücaətdi, bu bir hünərdi:Getdi sinəmizdən Cavidin dərdi,Unutmaz bu haqqı millətin sənin.

Tarix nə üz görür, nə rüşvət alır,Tarixdə tarixi həqiqət qalır.Adın həqiqətlə birgə ucalır,Xalqına xidmətdir-şöhrətin sənin.

Əhsən kamalına, əqlinə əhsən!Bir xalqın oğlusan, demirəm təksən,Sən xalqa endikcə, yüksələcəksən,Adi xidmət deyil, xidmətin sənin.

Aqillər unutmur bu haqq-sayı:Cəfərin türbəsi, Vurğun sarayı.Vaqif məbədinin hardadır tayı?Xalqına şöhrətdir qüdrətin sənin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq