Yolunu gözlədiklərim
Qışın növrağı pozular,Çəməndə otlar quzular,Taledon görüş yazılar,Gələnə qurban olaram.
Buludun bağrı sökülər,Torpağa inci tökülər,Həsrətin beli bükülər,Könlü çıraqban olaram.
Sizdən bir xoş xəbər ola,Karvanınız çıxa yola,Könlüm eşqlə dola-dola,Karvana sarban olaram.
Açılar ağ yasəmənlər,Əlvan geyinər çəmənlər.Gələrsiz gönlüm sevənlər,Misirdə sutan olaram.
Başı dumanlı bir dağam,Gəlin, nə qədər ki sağam.Bu gün – sabah boz torpağamGözlərdən pünhan olaram.
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-yolunu-gozlediklerim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Günəş sallanaraq qardan öpəndə,Bağlar gül açanda, bülbül güləndə,
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Mürəbbe: Qanlı fələk, səndən şikayətim varQanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
Səni qəlbən sevirəm mənSən gözəlsən bahar qədər,Aylar, illər, qərinələr