Anam – həyat müəllimim,Sən doxsanı,Mən yetmişi ötürmüşəm.Yaşadığım illər boyuAğır yüklər götürmüşəm.Namərdlikdən başqa mənimBu yükümdə nə desən var.Yükümü açan insanlarDeyəcəklər:Bu rəhmətlikNə dözümlü,Övladcanlı,İstiqanlı,Məhəbbətli insan imiş,Dünyada həm sevinc görmüşHəm qəm yemiş...Nə sevincinə öyünmüş,Nə qəminə bir “uf” demiş.Ona üstün gələndə qəm,Köməyinə çatmış qələm.O şadlıq bəxş eləmişdirOna kədər bəxş edənə,Dönə-dönə.

Ana! Ana!Sən özün də ömür sürdünYana-yana...Bu dözümü,Bu şəfqəti,MəhəbbətiMiras verdin övladına.Yaşı doxsana çatanım,Torpaq altında yatanım!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri