Oxucum:Vəzifə məhək daşıdır,Kamillik, naqislik sınanır burda.Xalqa xidmət etmək kişi işidir,Kimin vicdanı kor, ürəyi xırda,Varlanmaq havası varsa başındaAzömürlü olur o xalq işində.

Dostun vəzifəyə keçərsə əgər,O məhək daşından keçənə qədərÜstünə atılma görüş anında,Sonra utanarsan dostlar yanında.

Almaz salamımı, alar bəlkə də.Qaşları çatılar, bozarar üzü.Beləsin çox gördüm bizim ölkədəOnlar həll eylədi taleyimizi.

Bir dostum var idi, sevərdim candan,Bir gün görüşməsək məndən küsərdi.Ayrıla bilməzdim özüm də ondan,Sayardım dostumu mərdlərin mərdi.

Bir gün vəzifəyə çəkdilər onu,Mən onda bilmirdim vəzifə nədir?Bilmirdim yetişib dostluğun sonu,O məhək daşında sınağa gedir.

Mən onu görmədim bir xeyli müddət,Sizdən nə gizlədim, darıxdım yaman.Düşündüm: çoxalıb qayğısı əlbət,İşindən, gücündən oldum nigaran.

Bir ali məclisdə gördüm dostumu,Görüşə tələsdim mən əvvəlki tək.O, mənim əlbəəl duydu qəsdimi,Ötdü yanımdan da tez sürüşərək.Sındı, pul-pul oldu sinəmdə ürək.Günlər, aylar keçdi həmən görüşdən,Atdılar dostumu tezliklə işdən.

Yenə bir məclisdə, ali iclasdaQapıdan çıxırdıq, bu bashabasda.Arxadan çiynimə bir əl yapışdı,Ani bir duyğuyla çevrildim dala,Burda məhək daşı yadıma düşdü.Heyif ki, çatmayır sözün kəsəri,Sizə təsvir edəm o lövhələri:

Necə yarıb keçdi o cərgələri,Necə salamladı o dostum məni.Var olsun insanın insanlığınıBizə tanıtdıran vəzifələri!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri