Avey dağın kəklikləri,Görüşmədik çoxdan bəri.Bu ətirli yaz səhəriMənə bir sözünüz varmı?

Səsiniz düşübdür kəndə,O kəndin qızıyam mən də.Axtarıram hər gələndəDaşlarda iziniz varmı?

Uşaqlığım sizə bağlı,Saçlarım qaralı, ağlı,Ayrılıqdan köksü dağlıUzaqda qızınız varmı?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri