Oğul deyib mən sinəmi dağlaram,Ağ başıma qara yaylıq bağlaram,Ağlayanda gizlin-gizlin ağlaramDüşmən mənim göz yaşımı görməsin!

Mən anayam, səsim düşsün hər yana,Bəlkə yatmış kor vicdanlar oyana!Yarəb, batsın qan tökəni o qana!Xain düşmən burda dövran sürməsin!

Yer götürməz qəlbimdəki hüzünü,Yamanların yaman gördük üzünü.Qoy saxlasın insanların düzünü,Yamanına Allah meydan verməsin!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət