Qoca çinarın kölgəsində,Qoca ürəyin ölkəsində,Yatan pəri qızı oyansa əgər,Bu miskin ölkəni tərk edib gedər.Olar bu qoca mülk bir xərabazar,Tökər yarpağını qocaman çinar.Ey insanlar! Burada səs salmayın,Sazı dindirməyin,Kaman çalmayın,Amandır! Burada nəfəs almayın!Ay kimi parlayıb, gün kimi yanar,Yatmış pəri qızı birdən oyanar,Gedər, bu qoca mülk qalar virana.Açar qapısını soyuq küləklər...Onu oyatmayın, dəyməyin ona,Bu qoca ürəyi qəm-qüssə təklər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri