Türkiyəyə gedən yollar,Məni məftun edən yollarHəm yaxındır,Həm uzaqdır.Bir tərəfi Qara dəniz,Arxası meşəli dağdır.Biz yol getdik sübhə qədər,Ürəyimdə sevinc, kədər,Həm həsrətli xatirələr...Qara dəniz yol boyuncaYaşıl rəngli qumaş kimiSərilmişdi.

Göy sulara ağ ulduzlarHörülmüşdü.Yetmiş bir il bundan qabaq,Bu yollarla mühacirət dünyasınaSürgün, qaçaqGedənləri yada saldım.Ürəyimi oda saldım.Yanır hələ tüstülənə-tüstülənə...İnanmıram bir vaxt sönə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar