Qaçqınlarım,Qəriblərim,Ey mənim müstəriblərim!Siz dəryanın o tayında,Ayrılığın harayındaBu tayda ağlayan mənəm.

Aymı buludda ilişdi,Aramıza zülmət düşdü,Bu necə gəliş – gedişdi?Su verən yox, yanır sinəm.

Dövran bizi biçdi getdi,Bir tərəfim uçdu, getdi,Bir tərəfim köçdü getdi,Öldürməzmi məni bu qəm?

Yazımız beləymiş əlbət,İstərəm ömürdən möhlət,Bir də görüşə ya qismət?!Mən də daha batan günəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale