İnsan adlı əcinnələr
Ermənistanda yandırılanAzərbaycan uşaqlarına ithaf
Ürəyimdə min ağrı var,Öldürmədi biri məni.Gəl, ölümüm gəl, cəlladlarParçalayır bu vətəni!
Dəmir turba ağzı qara,Qəbir oldu uşaqlara.O çığırtı səslərinəNecə dözdün, qəlbi qara?
İnsan donlu əcinnələr,Sizə haqdan ölüm dilərDəmir turbalar içindəYandırdığınız körpələr.
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-insan-adli-ecinneler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
Afağı ağladırsa da tə’siri-matəmin,Asudə yat, bu mövt ilə sarsılmaz aləmin.
چو خامه نیست ز من هر سخن که می گویمکه من به دست قضا این طریق می پویم
Axır çərşənbə duasıİlahi, səni and verirux sədrinin sədaqətinə, kərə yağının kəramətinə, cəmi Əli şiəsin axirçərşənbə gecəsi halvanın qəbrinə zəvvar elə! İlahi, səni and verirux plovun zülfi-pərişanına, sən bizim əlimizi xuruşun damənindən kəm və kutah eləmə. Ya Qəffar, xudaya--xudavənda, səni and verirux püstənin dəhanitənginə, xurmanın rənginə, biz əhli-Şəbüstəri mübarək yeddi lövünün şəfaətindən məhrum və binəsib eləmə. İlahi, səni and verirux abduq ilə qəndabın pilov dövrəsinin ətrafında çəkdiyi zəhmətə, o gecə bizim övrətə bir huş və baş kəramət elə, yağ-düyünü xərab edib, ovqatımı təlx etməsin, uşağı ağlaya-ağlaya qoyub, qonşuya çubuq çəkməyə getməsin.Ey axırçərşənbə gecəsi yatıb, səhər tezdən quşlar ziyarətinə gedən xanımlar, "Amin" deyin! Ey çehil-yasin suyu kimi gəndov suyunu istemal edib, məraminə nail olanlar, ucadan "amin" deyin. Xudaya-pərvərdigara, səni and verirux küçələrimizin zığına, hamamlarımızın kəsafətinə, cavanlarımızın bığına, sən bu yalançı müsəlmanların imanını kamil elə. Ey on tümənə yüz tümən müamilə alanlar, ey evini, bağını girov qoyanlar, "Amin" deyin!
Bakı qəbul eləmirÖmrümün sonu gələ qəzada, – istəmirəm,Bu ölüm yox, zülümdü, cəzadı, istəmirəm!