İcazə ver xəbər alım:“Köçkün” olanda mahalın,Kərim baba, ağ saqqalınGöz yaşında islandımı?

Həsrətin var doğma kəndə,Doğma yollar düşdü bəndə.Sən yurdunu tərk edəndəAxar sular dayandımı?

Bu nə ahdı, nə amandı,El köçdü, yurdlar talandı,Körpü sındı, yol bağlandı,Axan sudumu, qandımı?

O zirvəsi duman dağlar,Çiçəkləri ümman dağlar,At sürdüyün göy yaylaqlarQƏSB ELİNƏ calandımı?

Bağban oldun, bağlar saldın,Qəsbkara barı qaldı.Bənna oldun, evlər tikdinƏlində qabarı qaldı,Namərd bundan utandımı?

Mərd qonşu olsa namərdə,Dərd üstündən düşər dərdə,Orda qalan qəbirlərdəYatanların oyandımı?Hanı sizin Zəngibasar?Düşmən yola çəkdi hasarSən ey saçı, saqqalı qar!Bu bir ani ayrılıqmıYa əbədi hicrandımı?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri