Ağla, kamanım, ağla
Ermənistandan köçkünazərbaycanlıların söhbətlərindən
Buzovlar mıxda qaldı,Sürü otlaqda qaldı,Gündələr taxtın üstə,Saclar ocaqda qaldı.Ağla, kamanım, ağla!Ağım-amanım, ağla!
Dağlar, dumanın hanı?Sürü, çobanın hanı?Kəsibdir dörd bir yanı,Qəsbkar quyruq eşər,Ac körpələr mələşər...Ağla, kamanım, ağla!Ahım, amanım, ağla!
Qapını düşmən aldı,Eli didərgin saldı.Köhlən atlar cilovda,İtlər zəncirdə qaldı.Ağla, kamanım, ağla!Ahım, amanım, ağla!
Ey aşıq, bəndəm himə,Toxunma sarı simə,Daha mənim heç kiməGəlmir gümanım, ağla!Ağım, amanım, ağla!
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-agla-kamanim-agla
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
راز من بر خلق عیان شد حیف حیفاشکم از دیده روان شد حیف حیف
ƏdəbiyyatBır hökumet tazə çıxmış, İsmi-Azərbaycan,Şəkli cümhuri, idarə üzvü yeksər bəylə xan.
Yenə səhər-səhər başımın üstdənYenə səhər-səhər başımın üstdənQaqqıldaşıb keçir durna qatarı...
Habil segahıKəmanə kamana toxunan zamanTufanmı hayqırdı, selmi çağladı?