Karvan yolu
Dünya ulu dünyadı,Dərdlə dolu dünyadı,Milyon-milyon illərinKarvan yolu dünyadı.
Birimiz karvanbaşı,Birimiz qala daşı,Birimiz bu dünyanınKədərli vətəndaşı,Silinməyən göz yaşı...Qəmi, fəryadı olduq,Birimiz ərköyünüBirimiz şadı olduq.
Dünya karvan yoludur,Yol zəvvarla doludur,Biri cənnət bağına,Biri şöhrət dağına,
Biri qəm torpağınaYol gedir bu karvanın.Qoca pir! HarayadırBəs sənin öz ünvanın?
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-karvan-yolu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Səndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,
Gözüm yoldadırŞükriyyə xanıma*A dostlar, bir qumral tərlanım uçdu,
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
Böyük SabirəYadımdadır, bir gün, bir axşamçağı,Yayıldı aləmə həzin bir xəbər: