Azərbaycan qızıyam
Ürəyi vətən dağlı,Günü qaralı, ağlıGəncəli, naxçıvanlı,Qazaxlı, qarabağlıAğdamlı, lənkəranlıAzərbaycan qızıyam!
Köküm ulu torpaqda,Haqqın yolu torpaqda,Fikrim, hissim, xəyalımDaim haqqı sormaqdaAzərbaycan qızıyam!
Qırğınlar, qanlar görmüş,Qanlı dövranlar görmüş,Xalqımızın cəlladıZalım insanlar görmüşAzərbaycan qızıyam!
Əslim – DilbazilərdənMərdlər böyüdən yerdən,Südüm mələk südüdür,Sərvətim nəğmələrdən –Özüm də DilbaziyəmAzərbaycan qızıyam!
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-azerbaycan-qiziyam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Hanı Ağbabanın uca dağları,Bir başımdan qalxan dumana bax – bax!
DağlarZinəti nərgizdən, tər bənövşədən,Al-yaşıl geyinib şad olan dağlar.
Ölkə papaqnan doludurBu Vətən mülkünü çıx seyrinə, maraqnan doludur,Qırağın «yan»lar alıb, orta qıraqnan doludur.
GilliDərya kimi çalxalanıb daşırsan,Salırsan Göyçəyə qalmaqal, Gilli.