Hanı Ağbabanın uca dağları,Bir başımdan qalxan dumana bax – bax!Vətəndi kiridən mən tək ağları,Sən mənim qəlbimdə gümana bax - bax!

Vətən həsrətindən yanıb gül oldum,Özüm öz dərdimə qara qul oldum.Mərənd qucaq açdı, buna gül oldum,Ürəyimdə qopan amana, bax - bax!

Dar gündə dadıma yetdi yetənlər,Amma ki, beynimdən çıxmır ötənlər.Ölən öldü getdi, qaldı itənlər,Bizləri yandıran zamana bax - bax!

Ürəyim yaralı, sinəmdə od var,Yurdun qucağında bir ayrı dad var.İllər ayrısıyıq, qohum var, yad var,O qaçaqaç salan yamana bax - bax!

Ağbaba deyəndə qəm gəlir gözə,Vətən həsrətindən gəlmişəm dizə.Yenə Yetim Heydər güc verir sözə,Bəlkə gələ bir az imana bax - bax!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran