Qarsın yaylasında bir pəri gördüm,Dilli dilavərdi, bu gələn gözəl.Əhli - dil olmasın əvvəldən bildim,Ərşdəki qəmərdi, bu gələn gözəl.

Bəşər tarixinə nəzər yetirdim,Gözəl Züleyxanı dilə gətirdim.Üz - üzə gələndə özüm itirdim,Parlayan əsmərdi, bu gələn gözəl.

Şəffafdı mayası, qaynardı təbi,Bir ay parçasıdı, yanağı - ləbi.Heydərə can verdi təbibin həbi,Bir ləlü gövhərdi, bu gələn gözəl.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri