Ana yadigarı
Anamıza ana deyən oğula
Sükutun sehirli pıçıltılarıDöyüntü səsiydi ürəyimizin,Sənin sifətində gənclik vüqarıQaranlıq gecədə şimşəkdi gözün.
Həsrət qaranlığı ümid işığıBir də ki gəncliyin öz yaraşığı –Sənə bir gözəllik vermişdi ki sən –Özün xəbərsizdin gözəlliyindən.
Otaq səssiz idi, susmuşduq biz dəSusmuşdu dərdimiz, sevincimiz də...Bizi bir sehirbaz dar mıxa çəkibHərdən üstümüzə alovlar tökübHərdən də bir sərin su çiləyirdi.Sənin gözlərinə gah zülmət çökübGah da dodaqların gülümsəyirdi.Mən sənə baxırdım, sən barmağımdaParlayıb yanan o yaqut daşına,Bəs niyə baxmadın, ey qəlbi incə,Gözümdə parlayan həsrət yaşına?
Ana həsrətinin kədər dumanıSənin də gözünü buludlandırdı.Ana yadigarı bu yaqut daşıXatirə oduna bizi yandırdı.
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-ana-yadigari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Gecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi
Vüsali müjdəsidin əşkbar gözümVüsali müjdəsidin əşkbar gözüm,Gər ağlamas nə əcəb edir nisar gözüm.
اگر بر خاک کویت گرد گردمیقین کز خاک کویت برنگردم
Eyləmişdim, sənəma, vəslinə adət gecələrEyləmişdim, sənəma, vəslinə adət gecələr,İndi sənsiz mənə bərpadı qiyamət gecələr.